UEFA Millətlər Liqası: Daha 3 ölkə növbəti mərhələyə yüksəlib

19-11-2018, 08:14           
UEFA Millətlər Liqası: Daha 3 ölkə növbəti mərhələyə yüksəlib
UEFA Millətlər Liqasında VI tura start verilib.

"Report" xəbər verir ki, son turun ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş keçirilib.

Bu qarşılaşmaların yekununda növbəti mərhələyə yüksələn daha üç komandanın adı müəyyənləşib.

A Liqasında iki qarşılaşma keçirilib. 2-ci qrupun sonuncu – həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:2. Bu komandalar arasındakı ilk görüşdə İsveçrə 1:2 hesabı ilə uduzduğundan, o, iki oyunun yekununda qrup qalibi olub və "play-off"a yüksəlib. İslandiya isə qrup sonuncusu kimi B Liqasına enib.

4-cü qrupda İngiltərə və Xorvatiya yığmaları görüşüb. Meydan sahibləri əzmkar qələbə sayəsində qrup qalibi olaraq, mərhələ adlayıb. Xorvatiya isə sonuncu yeri tutaraq, B Liqasına enib.

B Liqasının 3-cü qrupunda keçiriləcək Şimali İrlandiya – Avstriya matçı indidən öz əhəmiyyətini itirib. Çünki Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması hələ ötən tur qrup qalibi kimi A Liqasına yüksəlib. Şimali İrlandiya isə qrup sonuncusu kimi aşağı liqaya enib.

C Liqasının 2-ci qrupunda Yunanıstan evdə Estoniyaya, qrupun qalibi Finlandiya isə səfərdə Macarıstana uduzub. Məğlubiyyətə baxmayaraq, Finlandiya B Liqasına vəsiqəni hələ ötən tur təmin edib. Estoniya isə qələbə qazansa da, son pillədən qurtula bilmərək, D Liqasına enib.

Nəhayət, D Liqasının 2-ci qrupunda Moldava evdə Lüksemburqla heç-heçə edib. Əvəzində Belarus səfərdə San Marinoya qalib gələrək, qrup qalibi olub və C Liqasına yüksəlməklə bərabər, "play-off"a çıxıb. San Marino isə xal toplamadan qrup sonuncusu olub.

18 noyabr

Millətlər Liqası, VI tur, A Liqası, 2-ci qrup

23:45. İsveçrə - Belçika - 5:2

Qollar: Rikardo Rodriges, 26 (pen.). Haris Seferoviç, 31; 44; 84. Niko Elvedi, 62 - Torqan Azar, 2; 17

Xal durumu: İsveçrə - 9 xal (4 oyuna), Belçika – 9 (4), İslandiya – 0 (4)

4-cü qrup

18:00. İngiltərə - Xorvatiya - 2:1

Qollar Cesse Linqard, 78. Harri Keyn, 85 - Andrey Kramariç, 57

Xal durumu: İngiltərə - 7 xal (4 oyuna), İspaniya – 6 (4), Xorvatiya – 4 (4)

B Liqası

3-cü qrup

21:00. Şimali İrlandiya – Avstriya - 1:2

Qollar: Korri Evans, 57 - Ksaver Şlager, 49. Valentino Lazaro, 90+3

Xal durumu: Bosniya və Herseqovina – 10 xal (4 oyun), Avstriya – 7 (4), Şimali İrlandiya – 0 (4)

C Liqası

2-ci qrup

23:45. Yunanıstan - Estoniya - 0:1

Qol: Vasilis Lampropulos, 44 (öz qapısına)

23:45 Macarıstan – Finlandiya - 2:0

Qollar: Adam Salay, 29. Adam Nagi, 37

Xal durumu: Finlandiya – 12 xal (6 oyun), Macarıstan – 10 (6), Yunanıstan – 9 (6), Estoniya – 4 (6)

D Liqası

2-ci qrup

21:00. Moldova – Lüksemburq - 1:1

Qollar: Radu Qınsar, 58 (pen.) - Stefano Bensi, 70

21:00. San Marino – Belarus - 0:2

Qollar: Stanislav Draqun, 8. Anton Saroka, 52

Xal durumu: Belarus – 14 (6), Lüksemburq – 10 (6), Moldova – 9 (6), San Marino – 0 (6).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.