Millətlər Liqası: VI turun növbəti oyunlarından sonra daha 3 qrupun qalibi müəyyənləşəcək - AFİŞA

19-11-2018, 08:49           
Millətlər Liqası: VI turun növbəti oyunlarından sonra daha 3 qrupun qalibi müəyyənləşəcək - AFİŞA
Bu gün UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçiriləcək.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada ümumilikdə 9 görüş təşkil olunacaq və növbəti mərhələyə yüksələcək daha 3 komandanın adına aydınlıq gələcək.

A Liqasında Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gələcək. Meydan sahibləri artıq qrup sonuncusu kimi aşağı liqaya enib. Hollandiya isə qrupdan çıxmaq şanslarını son oyuna saxlayıb. Komanda Almaniya ilə matçda ən azı heç-heçə etsə növbəti mərhələni təmin edəcək.

C Liqasının III qrupunda Bolqarıstan Sloveniyanı, Kipr isə Norveçi qəbul edəcək. Norveç və Bolqarıstanın qrupda eyni xalları var və birinci yerin taleyi bu qarşılaşmalardan sonra bilinəcək.

D Liqasının IV qrupunda Makedoniya evdə Cəbəllütariqlə, Lixtenşteyn isə Ermənistanla qarşılaşacaq. Makedoniya zəif rəqib ilə matçda ən azı bir xal qazansa digər görüşün nəticəsindən aslı olmayaraq "play-off” mərhələsinə yüksələcək.

B Liqasının I və IV qrupunda, D Liqasının isə I qrupunda növbəti mərhələyə yüksələn komandalar bəllidir.

UEFA Millətlər Liqası, VI tur

19 noyabr

A Liqası

I qrup

23:45. Almaniya – Hollandiya

Xal durumu: Fransa - 7 xal (4 oyuna), Hollandiya - 6 (3), Almaniya - 1 (3) B Liqası

B Liqası

I qrup

23:45. Çexiya – Slovakiya

Xal durumu: Ukrayna - 9 xal (4 oyuna), Çexiya - 3 (3), Slovakiya - 3 (3)

IV qrup

23:45 Danimarka – İrlandiya

Xal durumu: Danimarka - 7 xal (3 oyuna), Uels - 6 (4), İrlandiya - 1 (3)

C Liqası

III qrup

23:45. Bolqarıstan – Sloveniya

23:45. Kipr – Norveç

Xal durumu: Norveç - 10 xal (5 oyuna), Bolqarıstan - 10 (5), Kipr - 5 (5), Sloveniya - 2 (5)

D Liqası

I qrup

21:00. Andorra – Latviya

21:00. Gürcüstan – Qazaxıstan

Xal durumu: Gürcüstan - 13 xal (5 oyuna), Qazaxıstan - 6 (5), Latviya - 3 (5), Andorra - 3 (5)

IV qrup

23:45. Makedoniya - Cəbəllütariq

23:45. Lixtenşteyn - Ermənistan

Xal durumu: Makedoniya - 12 xal (5 oyuna), Ermənistan - 9 (5), Cəbəllütariq - 6 (5), Lixtenşteyn - 3 (5).

Ötən gün UEFA Millətlər Liqasında daha 3 komanda növbəti mərhələyə yüksəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.