"İnter"in futbolçusu maşınla velosipedçini vurub

6-12-2018, 07:21           
"İnter"in futbolçusu maşınla velosipedçini vurub
İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines idarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub.

“Report” "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində qadın yüngül xəsarət alıb və Milan xəstəxanasına yerləşdirilib.

Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur.

Milan polisi fakla bağlı araşdırmaya başlayıb.

Martines bu mövsüm "İnter"in heyətində 7 oyunda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə verib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.