Səmədov həbsdə olan futbolçulara müraciət etdi

6-12-2018, 07:42           
Səmədov həbsdə olan futbolçulara müraciət etdi
Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbsdə saxlanılan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.

“Uşaqlar möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar”, - deyə futbolçu bildirib.

Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.