Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019 mövsümünə start veriləcək

6-12-2018, 09:25           
Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019 mövsümünə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start veriləcək.

"Report" xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Qarşılaşmaların ikisi bölgələrdə, ikisi isə paytaxtda təşkil olunacaq. Dörd Premyer Liqa komandası, I Divizion təmsilçiləri ilə qarşılaşacaq.

Mərhələ bir görüşdən ibarət olacaq və qalib komanda 1/4 finala vəsiqə qazanacaq. İlk üç matç saat 13:30-da, sonuncü görüş isə 17:00-da start götürəcək.

Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandası Ağsuda eyni adlı komandanın qonağı olacaq. Ötən mövsüm Premyer Liqada çıxış edən "Kəpəz" doğma meydanda "Səbail"lə münasibətlərə aydınlıq gətirəcək.

"Sumqayıt" paytaxtda "Qaradağ Lökbatan"ın müqavimətini qırmağa çalışacaq. Bu komandarın heç biri indiyədək ölkə kubokunda qarşılaşmayıblar.

Azərbaycan Kubokunun son qalibi "Keşlə" isə "Azal Arena"da Şüvəlanla münasibətlərə aydınlıq gətirəcək. Komandaların yolları indiyədək kubokda yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda üz-üzə gəlib. Cütün taleyini həmin vaxt “Keşlə”nin vurduğu 1 qol həll edib - 0:0, 1:0.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında ilk 4 yeri tutan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” komandaları kubokda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

Azərbaycan Kuboku 1/8 final

6 dekabr

13:30. “Ağsu” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Sabir Mütəllimov

Ağsu şəhər stadionu

13:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Hakim-inspektor: Azad Mütəllimov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Gəncə şəhər stadionu

13:00. “Qaradağ Lökbatan” – “Sumqayıt”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

Hakim-inspektor: Ramiz Əsədov

AFFA nümayəndəsi: İlham Əliyev

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

“AZAL Arena”

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.