"Qalatasaray" Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb

12-12-2018, 06:25           
"Qalatasaray" Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb
Futbol üzrə Çempionlar Liqasının VI turunda D qrupunda mübarizəyə yekun vurulub.

"Report"un məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" "Türk Telekom Arena"da Portuqaliya "Portu"sunu qəbul edib.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə qonaq komandadan Felipe açıb. 42-ci dəqiqədə Mussa Mareqa penalti zərbəsi ilə hesabı artırsa da, meydan sahibləri fərqi endirə bilib. 45+1-ci dəqiqədə penaltini Sofian Fequli dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Serjio Oliveyra "Portu"nun üçüncü qolunu vurub. Lakin 65-ci dəqiqədə Eren Derdiyok yenidən fərqi minimuma endirib. "Sarı-qırmızılar" bundan cəmi 2 dəqiqə sonra bərabərlik qolunu da vurmağa yaxın olub. Lakin Fequli oyun ərzində təyin olunmuş üçüncü penaltidən yararlana bilməyib.

Məğlubiyyətə baxmayaraq, "Qalatasaray" qrupda 4 xalla 3-cü yeri tutaraq, Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb. Buna Rusiya "Lokomotiv"inin paralel görüşdə "Şalke"yə Almaniyada 0:1 hesablı məğlubiyyəti səbəb olub. Alessandro Şöpfün 90+1-ci dəqiqədə vurduğu qola əngəl ola bilməyən "dəmiryolçular" qrupu 3 xalla sonuncu pillədə başa vurub.

"Portu" 16 xalla 1-ci, "Şalke" 11 xalla 2-ci yerin sahibi kimi Çempionlar Liqasının 1/8 finalına yüksəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.