"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb - FOTO

12-12-2018, 06:26           
"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb - FOTO
Azərbaycanın "Qarabağ" futbol komandası çarter reysi ilə Britaniyanın "Luton" hava limanına eniş edib.

"Report"un London müxbirinin xəbərinə görə, komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23:30-da adıçəkilən hava limanında dayanıb.

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İngiltərənin "Arsenal" komandası ilə görüşəcək. Londondakı "Emirates" stadionunda keçiriləcək matç dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00 da start götürəcək. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.