Məşhur futbolçu niyə ölüb?-İki həkim həbs edildi

12-12-2018, 07:02           
Məşhur futbolçu niyə ölüb?-İki həkim həbs edildi
Fiorentina-nın futbolçusu Davide Astorinin ölümünə səbəb olmaqda şübhəli bilinən 2 həkim Florensiya polisi tərəfindən saxlanılıb.

31 yaşlı kapitanın 2016 və 2017-ci illərdə keçdiyi tibbi müayinələrdə ürəyində ciddi problemlərin olduğu aşkarlanıb. Florensiya və Kalyaridən olan həkimlər isə Astoriyə tam sağlam olmasına dair arayış təqdim ediblər.

Xatırıladaq ki, Davide Astori yuxuda dünyasını dəyişib. Daha əvvəl Milan, Cagliari, Roma kimi klublarda forma geyinən 31 yaşlı futbolçu bu il martın 4-də Udinese ilə İtaliya A Seriyasının XXVII turunun oyunundan əvvəl Udine şəhərindəki oteldə ölü tapılıb. Onun ürək fəaliyyətinin sürətlənməsindən dünyasını dəyişdiyi bildirilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.