Meydana çıxmır, amma ildə 2.2 milyon qazanır-Foto

1-01-2019, 20:42           
Meydana çıxmır, amma ildə 2.2 milyon qazanır-Foto
Dünya futbolunda görünməyən nadir transferlərdən biri Türkiyədədir.

Sfera.az xəbər verir ki, Türkiyənin "Fənərbaxça” klubunun ehtiyyat qapıçısı kamerunlu Carlos Kameni bu günə qədər bir dəfə də meydana çıxmasa da illik 2.2 milyon avro qazanır. Kamerunlu qapıçının türk klubu ilə hələ 1.5 illik müqaviləsi var. Komanda rəhbərliyi onu klubdan göndərmək və yaxud icarəyə vermək istəsə də havadan pul alan qapıçını razı sala bilmir. Qeyd edək ki, klub birtərəfli şəkildə müqaviləni poza bilmir. Bu səbədən kamerunlu qapıçını komandadan göndərmək mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.