Maradona xəstəxanaya yerləşdirilib

5-01-2019, 07:22           
Maradona xəstəxanaya yerləşdirilib
Sabiq futbolçu və məşqçi Dieqo Maradona Buenos-Ayresin klinikalarından birində müayinə zamanı xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, onun mədəsində qanaxma aşkar edilib və Maradona təcili əməliyyat ediləcək.

Məşhur futbolçu xəstəxanada övladları ilə birlikdədir.

Daha əvvəl bildirilib ki, Maradona Meksika komandasından yoxa çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.