"Mançester Yunayted" və "Çelsi" İngiltərə Kubokunun 1/16 finalına çıxıb

6-01-2019, 09:31           
"Mançester Yunayted" və "Çelsi" İngiltərə Kubokunun 1/16 finalına çıxıb
"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində "Redinq"lə keçirilən ev oyununda qələbə qazanıb.

“Report” xəbər verir ki, Mançesterin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

"Qırmızı şeytanlar"ın qələbə qollarını Xuan Mata və Romelu Lukaku vurub.

"MY" bu qələbə sayəsində turnirin 1/16 finalına çıxıb, "Redinq" isə yarışı tərk edib.

Paralel keçən qarşılaşmada "Çelsi" "Nottingem Forest"i məğlub edib və turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Londonun "Stemford Bric" stadionunda keçən görüş 2:0 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb. Alvaro Morato dubl edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.