Nurməhəmmədov əfsanəvi MMA döyüşçüsünə tövsiyə verdi

7-01-2019, 23:14           
Nurməhəmmədov əfsanəvi MMA döyüşçüsünə tövsiyə verdi
UFC çempionu Həbib Nurməhəmmədov əfsanəvi MMA döyüşçüsü Fyodor Yemelyanenkoya məsləhət verib.

Oxu.Az xəbər verir ki, Həbib Yemelyanenkonun Niderlandda sparrinqinin videosunun şərh bölümündə fikrini yazıb.

"Dəbilqə mane olmazdı. Bu, hazırlıq zamanı çox vacibdir”, - deyə o bildirib.

Qeyd edək ki, F. Yemelyanenko Bellator Qran-prisinin finalına hazırlaşır. Onun Rayan Beyderlə döyüşü yanvarın 26-da Los-Ancelesdə keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.