Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı –Hər ay 100 min avro alacaq

9-01-2019, 04:55           
Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı –Hər ay 100 min avro alacaq
Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.

Teref.az Report-a istinadən xəbər verir ki, Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu “Rostov”la ortaq məxrəcə gəlib.

22 yaşlı futbolçu “Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro (aylıq 100 min avro) məvacib alacaq.

“Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.