Ronaldoya köhnə sevgilisindən zərbə

10-01-2019, 11:10           
Ronaldoya köhnə sevgilisindən zərbə
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun köhnə sevgilisi təcüvüzdə ittiham olunan portuqaliyalı hücumçunun işi ilə bağlı istintaqa kömək etmək istəyir.

Qol.az xəbər verir ki, Jasmin Lennard adlı qadın bu barədə şəxsi “Tvitter” səhifəsində yazıb.

Ronaldonu psixopat adlandıran Lennard bildirib ki, futbolçunun qeyri-qanuni əməlləri haqda çoxlu sübutları var. O, əlində Ronaldonun uzun yazışmalarının, səsyazmalarının olduğunu və 33 yaşlı futbolçunun keçmiş model Ketrin Mayorqaya təcavüz etməsi ilə bağlı aparılan istintaqda polisə kömək etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Ronaldonun Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar irəli sürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.