Türkiyənin məşhur futbolçusu FETÖ-çü çıxdı

10-01-2019, 17:54           
Türkiyənin məşhur futbolçusu FETÖ-çü çıxdı
Türkiyə millisinin üzvü və “Medipol Başakşəhər” klubunun futbolçusu Əmrə Bələzoğlu haqqında FETÖ ilə əlaqədar istintaq aparılır.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ-nün futbol quruluşuna dair məhkəmə işində adı keçən Mehmet Topal, Alper Potuk, Tuncay Şanlı, Gökhan Gönül ve Orhan Şam barəsində isə təqib edilməmə qərarı çıxarılıb.

Keçmiş futbolçular Bəkir İrtegün, Zəfer Biryol, Ömər Çatkıç, Uğur Boral, Ersin Güreler və məşqçi İsmayıl Şəngüllə bağlı “terror təşkilatına üzv olmaq” iddiası ilə açılan məhkəmə işində isə hər birinə 15 il həbs cəzası istənilib. Adıçəkilən futbolçuların məhkəmə prosesi davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.