"Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub

11-01-2019, 07:45           
"Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub
Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, hesabı 4-cü dəqiqədə ev sahiblərinin uruqvaylı müdafiəçisi Erik Kabako açıb.

Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək.

"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.