UEFA 2018-ci ilin simvolik komandasını açıqladı

11-01-2019, 20:08           
UEFA 2018-ci ilin simvolik komandasını açıqladı
UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.

Modern.az xəbər verir ki, simvolik komandanın heyətində İspaniyanın “Real” klubunun dörd, İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” komandasından iki, İngiltərənin “Liverpul”, İtaliyanın “Yuventus” və Fransanın PSJ klublarından isə hərəyə bir futbolçunun adı daxil edilib:

Qapıçı - Mark-Andre ter Şteqen (İspaniya, “Barselona”)

Müdafiəçilər - Serxio Ramos (İspaniya,“Real”), Virgil Van deyk (İngiltərə, “Liverpul”), Rafael Varan (İspaniya,“Real”), Marselo (İspaniya,“Real”)

Yarımmüdafiəçilər - Luka Modriç (İspaniya,“Real”), N'Qolo Kante (İngiltərə, “Çelsi”), Eden Hazard (İngiltərə, “Çelsi”)

Hücumçular - Kriştianu Ronaldu (İtaliya, “Yuventus”), Lionel Messi (İspaniya, “Barselona”), Kilian Mbappe (Fransa, PSJ).a












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.