Fabreqas "Çelsi"dən "Monako"ya keçib

12-01-2019, 08:06           
Fabreqas "Çelsi"dən "Monako"ya keçib
İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin "Çelsi" klubundan Fransa çempionatının komandası "Monako"ya keçib.

Trend-in məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti xəbər yayıb.

İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Fabreqas "Çelsi"də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.

İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.