İrlandiyada qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO

13-01-2019, 10:05           
İrlandiyada qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO
İrlandiyanın "Qlentoran" futbol klubunun qapıçısı Elliott Moriss karyerasında ilk dəfə olaraq oyun zamanı meydançanın komandasına aid hissəsindən rəqib qapısına qol vurub.

"Report" xəbər verir ki, qolu əks etdirən videogörüntü "BBC Sport NI" "Twitter"dəki akkauntuna yerləşdirilib.

Qeyd edilir ki, 37 yaşlı qapıçı "İnstitut" komandası ilə matçda, Şimali İrlandiya çempionatının 25-ci turunda fərqlənib. O, oyunun 10-cu dəqiqəsində, cərimə zərbəsi ilə topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, qapıçı "Qlentoran"ın "İnstitut" üzərində 2:0 hesabı ilə qələbə qazanmasına kömək edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.