Kopa İtaliya: Favoritlər qələbə qazanaraq növbəti mərhələyə adlayıblar

13-01-2019, 10:21           
Kopa İtaliya: Favoritlər qələbə qazanaraq növbəti mərhələyə adlayıblar
İtaliya Kuboku uğrunda 1/8 kubokun görüşləri keçirilib. Trend-in məlumatına görə, günün birinci keçirilən matçında “Latsio” doğma meydanda “Novara”nı qəbul edərək darmadağın edib – 4:1.

Günün ikinci matçında “Sampdoriya” doğma meydanda “Milan”ı qəbul edib. Əsas vaxt heç-heçə başa çatıb. Lakin əsas vaxta əlavə olunan 30 dəqiqədə Kutrone iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 0:2.

Günün son matçında isə “Bolonya” doğma meydanında “Yuventus”u qonaq edib. Görüşdə qollara “Yuventus”lu Bernardeski və Kin imza atıb. Görüş 0:2 hesabı ilə başa çatıb.

Bütün qalib gələn komandalar növbəti mərhələyə keçib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.