“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi:"Bura mənim evim, ailəmdir"

13-01-2019, 10:30           
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi:"Bura mənim evim, ailəmdir"
“Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir”.

Bunu Qazaxıstan “Astana“sından “Qarabağ”a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.

Əslən braziliyalı yarımmüdafiəçi Ağdam komandasına dönüşünün səbəbini açıqlayıb: “Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, Riçard Almeyda hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsindədir/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.