Nuru Əliyevin klubu ilə bağlı - ŞOK açıqlamalar

20-10-2015, 10:12           
Nuru Əliyevin klubu ilə bağlı - ŞOK açıqlamalar
"Kəpəz"ə məğlubiyyətdən sonra istefaya gedən Emin Quliyevin uzun müddət susqun qalmayacağı gözlənilən idi.

Gənc çalışdırıcı artıq sükutu pozub. Quliyev "Futbol+"ə verdiyi müsahibədə bir-birindən maraqlı açıqlamalar səsləndirib. Onlardan ən maraqlılarını sizin diqqətinizə çatdırırıq: "Kimlərsə kimlərinsə əli ilə istəklərinə çatdı. Rəhbərlik mənə dəstək verirdi. Nuru Əliyev və Bəhruz Şirəliyev mənə dəstəyini əsirgəmədi. Amma bəziləri var ki, onlarla işləmək mümkün deyil. Özləri bilir kimi deyirəm.

Onlar sırf öz "şkura"larını güdürdülər. Onu bilirəm ki, bəzi futbolçular oynamadılar. Mən də futbolçu olmuşam. Hər dəfə eyni adamlar eyni səhvləri edirdilər. Heç kimin babalını yuya bilmərəm, amma Allah hər şeyi görür. Məncə, həmin futbolçular klubun daxilində kimlərinsə sifarişlərini yerinə yetirirdilər. Nə oldu, yeni başlayanda yaxşı çıxış edirdilər, sonradan oynamadılar? Hər dəfə mənim ayağımın altını qazırdılar. İstəyirdilər, buyursunlar, işləyib özlərini göstərsinlər. Halbuki onlar klubun yaxşı vaxtlarında işləyiblər və heç nə etməyiblər. 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Amma başqalarına "torba tikirlər". Belə olmaz axı. Nə qədər ki, klubda belə adamlar işləyir, nəticə olmayacaq. Jurnalistlər "Rəvan" haqa yazırsa, hamısı düzdür. Moskvadan uşaqları ac-susuz gətiriblər. Özümüz yoldaşlıq oyunlarına gedəndə uşaqlar ac qalırdı. Belə problemlər üst-üstə yığılır, sonra da "nəticə" görünür. Klub daxilində elə şeylər baş verir ki, heç Nuru Əliyevin ondan xəbəri olmur.

Klubda olan "köhnə qurdlar"mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər. Azərbaycanda futbol adamları nə qədər işləməsə, belə olacaq

//piasport.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.