Rəcəbov və Məmmədyarov "Tata Steel Chess" superturnirdə növbəti oyunlarını keçiriblər

16-01-2019, 06:47           
Rəcəbov və Məmmədyarov "Tata Steel Chess" superturnirdə növbəti oyunlarını keçiriblər
Azərbaycan qrossmeysterləri Hollandiyanın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" superturniri çərçivəsində növbəti oyunlarını keçiriblər.

“Report” xəbər verir ki, Şəhriyar Məmmədyarov IV turda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb və partiya heç-heçə başa çatıb.

Yarışda Azərbaycanı təmsil edən digər şahmatçı Teymur Rəcəbov isə hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Tata Steel Chess

Veyk-an-Zee, Hollandiya

4-cü tur

Maqnus Karlsen (Norveç) – Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

Rixard Rapport (Macarıstan) – Aniş Giri (Hollandiya) – 1:0

Vişvanatan Anand (Hindistan) – Teymur Rəcəbov (AZƏRBAYCAN) - 0,5:0,5

Yan-Kşiştof Duda (Polşa) – Sem Şenklend (ABŞ) - 0,5:0,5

Din Lijen (Çin) – Vladimir Fedoseyev (Rusiya) - 0,5:0,5

Santoş Vidit (Hindistan) – Yorden van Forest (Hollandiya) – 1:0

Turnir cədvəli: Nepomnyaşi – 3, Vidit, Lijen, Anand, Giri – hərəyə 2,5 xal, Məmmədyarov, Şenklend, Duda, Rəcəbov, Karlsen – hərəyə 2 xal, Fedoseyev, Rapport – hərəyə 1,5 xal, Kramnik, van Forest – hərəyə 1 xal.

Növbəti turda Teymur Rəcəbov polşalı Yan-Kşiştof Duda, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladimir Kramniklə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.