Asiya Kubokunda komanda yoldaşını itələməyə görə penalti təyin olunub - VİDEO

16-01-2019, 07:00           
Asiya Kubokunda komanda yoldaşını itələməyə görə penalti təyin olunub - VİDEO
Asiya Kubokunun qrup mərhələsində III turun Avstraliya - Suriya matçında meksikalı baş hakim Sesar Ramos Palasuelos mübahisəli penalti təyin edib.

"Report"un məlumatına görə, Palasuelos Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərindəki "Şeyx Xəlifə" stadionunda təşkil olunmuş qarşılaşmanın 79-cu dəqiqəsində belə bir qərara gəlib.

Hesab 2:1 Avstraliyanın xeyrinə olduğu vaxt Suriya yığması penalti qazanıb. Halbuki həmin epizodda futbolçu öz komanda yoldaşının onu itələməsindən sonra yerə yıxılıb. Baş hakim epizodu görməsə də, 11 metrlik nöqtəni göstərib. Suriya bu imkandan yararlanmağı bacarıb.

Lakin Avstraliya millisi əlavə vaxtda qol vuraraq, qələbə qazanıb - 3:2.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.