"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub - VİDEO

17-01-2019, 07:21           
"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub - VİDEO
Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus" və "Milan" komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

"Report"un məlumatına görə, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştianu Ronaldu vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.

"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldu isə yeni komandasında ilk tutula sahib olub.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.

İtaliya Superkuboku. Final

"Yuventus" – "Milan" - 1:0

Qol: 1:0 – Ronaldu – 61

Qırmızı vərəqə: Kessyö, 73 ("Milan")













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.