Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub

19-01-2019, 08:02           
Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" beynəlxalq turniri davam edir.

“Report” xəbər verir ki, yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu olan norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Görüş azərbaycanlı şahmatçının məğlubiyyəti ilə başa çatıb. Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov isə çinli Din Lijenlə heç-heçə edib.

Tata Steel Chess

Veyk-an-Zee, Hollandiya, 6-cı tur
Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0

Rixard Rapport (Macarıstan) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5

Yan-Kşiştof Duda (Polşa) – Aniş Giri (Hollandiya) – 0:1

Din Lijen (Çin) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Santoş Vidit (Hindistan) – Sem Şenklend (ABŞ) – 0,5:0,5

Yorden van Forest (Hollandiya) – Vladimir Fedoseyev (Rusiya) – 1:0

Turnir cədvəlində vəziyyət: Nepomnyaşi, Lijen, Giri, Karlsen – hərəyə 4 xal, Vidit, Anand – 3,5, Rəxəbov – 3, Məmmədyarov, Duda, Şenklend, Rapport –2,5, Fedoseyev, Kramnik, van Forest – 2.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.