London derbisində "Arsenal" "Çelsi"ni məğlub edib

20-01-2019, 09:34           
London derbisində "Arsenal" "Çelsi"ni məğlub edib
İngiltərə Premyer Liqasında XXIII tur "Arsenal" - "Çelsi" matçı ilə əlamətdar olub.

"Report"un məlumatına görə, "Emirates" stadionunda keçirilmiş London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qollar ilk yarıda vurulub. 14-cü dəqiqədə Aleksandr Lyakazett, 39-cu dəqiqədə Loran Koselnı fərqlənib.

Bu qələbə sayəsində xallarını 44-ə çatdıran "Arsenal" 5-ci pillədə qalsa da, 4-cü yerdə gedən "Çelsi" ilə xal fərqini 3-ə endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.