“Barselona” “Ayaks”ın futbolçusunu 75 milyon avroya transfer edib

24-01-2019, 08:16           
“Barselona” “Ayaks”ın futbolçusunu 75 milyon avroya transfer edib
Amsterdamın “Ayaks” klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə “göy-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.

Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən “Barselona”nın üzvü olacaq.

Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyununçu uğurlu çıxış edəcəyi təqdirdə “Ayaks” əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq “Barselona” ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.