Dünya çempionu da korrupsiyada ittiham olunur

22-10-2015, 00:07           

Dünya futbolunun canlı əfsanəsi Frans Bekkenbauer də "qara siyahı"ya düşüb.

Derbi.Az xəbər verir ki, 1974-cü ilin dünya çempionu 2006-ci ildə mundialın Almaniyada keçirilməsi üçün rüşvət verib. Məşhur "Der Şpigel" nəşrinin yazdığına görə, Bekkenbauer DÇ-2006-nın Almaniyada keçirilməsi üçün ölkə Futbol İttifaqının prezidenti Volfqanq Nirsbaxla birlikdə gizli fond yaradıb.
Cütlük həmin fondun balansını artırmaq üçün "Adidas" şirkətinin ovaxtkı rəhbərliyindən 10.3 milyon isveçrə frankı alıb. Bununla da mundiala namizəd Almaniyanın təşkilat fondundakı pulun məbləği 13 milyon markaya çatdırılıb.

"Build"in məlumatına əsasən, artıq 2000-ci il iyulun 6-da növbəti DÇ-nin Almaniyaya həvalə olunması rəsmən açıqlandı. Mundiala 1.5 il qalmış "Adidas" rəhbəri Robert Lui-Dreyfus pulları geri tələb edib. 10.3 milyon isveçrə frankı həmin müddətdə təxminən 6.6 milyon avro həcmində dəyərləndirilib.

Maraqlıdır ki, Almaniya Futbol İttifaqı bu məbləği DÇ-nin açılışından əvvəlki qala-konsertə sərf edəcəyini bildirərərk FİFA-ya istiqamətləndirib. Sonradan fırıldağın üstünün açıldığını görən FİFA rəhbərliyi qəbul edilən pulu birbaşa Robert Lui-Dreyfusa qaytarıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.