Sulşer növbəti mövsümdə də "Mançester Yunayted"in baş məşqçisi qalacaq

11-02-2019, 09:04           
Sulşer növbəti mövsümdə də "Mançester Yunayted"in baş məşqçisi qalacaq
İngiltərinin "Mançester Yunayted" klubunun baş məşqçisinin səlahiyyətlərini icra edən Ule Qunnar Sulşer növbəti mövsüm komandayla işləməyə davam edəcək.

Trend-in "The Sun"a istinadən verdiyi məlumata görə, baş məşqçi və onun agenti 26-cı tur çərçivəsində keçirilən "Fulhem"ə (3:0) qarşı oyundan sonra klubun direktorlar şurasının üzvü Avram Qleyzer ilə görüşüblər.

Bildrilir ki, görüşün yekunu üzrə norveçli məşqçinin növbəti mövsüm üçün də klubda qalması barədə qərar qəbul edilib.

Qeyd edilir ki, Ule Qunnar Sulşer ilə rəsmi olaraq müqavilənin uzadılması çempionatın yekunlaşmasından sonra bəyan ediləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru