"Bavariya"nın futbolçusu hamını qabaqladı

15-02-2019, 23:24           
"Bavariya"nın futbolçusu hamını qabaqladı
Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Faktor.az liqanın saytına istinadən yaydığı xəbərə görə, "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska ötən ayın ən yaxşısı seçilib. Bununla da, o, bu mövsüm bu adı qazanan Münhen klubunun ilk oyunçusu olub.

L. Qoretska səsvermədə Rafael Qerreyru, Lukaş Pişçek (hər ikisi Dormund "Borussiya"sı, Daniel Bronzinsk ("Maynts"), Daniel Kalidjuri ("Şalke") və Ondrey Dudanı ("Herta") qabaqlayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu yanvarda "Hoffenhaym"la matçda dubl edib, "Ştutqart"la görüşdə 1 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.