Əlcəyinə Putinin adını yazdırdı, aləm bir-birinə dəydi

23-02-2019, 08:26           
Əlcəyinə Putinin adını yazdırdı, aləm bir-birinə dəydi
Beynəlxalq Xizək İdmanı Federasiyası (FIS) rusiyalı idmançı Vitali İvanova əlcəyindəki “V.V.Putin” yazısından dolayı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu il beynəlxalq yarışmada İvanovun əlcəyində Rusiya dövlət başçısının adının yazıldığı görünüb. Belə ki, turnir zamanı əlcəkdə olan idmançı orta barmağını kameralar qarşısında nümayiş etdirib və sözügedən yazı açıq-aydın görünüb.

Məntiqi olaraq, FIS İvanovun bu orta barmaq işarəsini təhqir kimi qəbul edib, onunla bağlı məhz bu yöndə sərtləşdirici tədbirlər görüməli idi. Lakin qurum nədənsə məhz əlcəkdəki yazıya diqqət çəkərək iradını bildirib.

İdmançının özü isə açıqlamasında Putinə olan rəğbətini gizlətməyərək, dövlət başçısını özünə kumir seçdiyini deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.