Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb

25-02-2019, 08:10           
Əlcəzairdə yüzlərlə insan etiraz aksiyasına çıxıb
Əlcəzairdə hazırkı prezident Əbdüləziz Buteflikinin öz namizədliyini yeni müddətə irəli sürməsinə qarşı çıxış edən yüzlərlə nümayişçi bazar günü eyniadlı paytaxtın mərkəzi hissələrinə toplaşıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, bazar günü etiraz dalğası cümə gününə nisbətdə zəif olub. Həmin vaxt, xüsusilə də paytaxt küçələrinə onminlərlə insan çıxıb. İnsanlar "Muvatana" hərəkatının çağırışı ilə toplaşıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib, həmçinin bir neçə nəfər saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.