Paralimpiyaçımız dünya çempionu oldu

25-10-2015, 10:22           

zərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında uzunluğa tullanmada 7.13 m nəticə göstərərək dünya çempionu adına layiq görülüb. Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Kamal Məmmədovun APA-ya verdiyi xəbərə görə, Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli Dünya Çempionatı davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.