Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq

6-03-2019, 07:56           
Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq
Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün II turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

İlk turda Azərbaycan Çinə 0,5:3,5 hesabı ilə uduzduğu halda, İngiltərə Qazaxıstana qalib gəlib - 2,5:1,5.

Azərbaycan çempionata Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasovla, İngiltərə isə Maykl Adams, Luk Makşeyn, Devid Hauell, Qaveyn Cons və Conatan Spilmenlə təmsil olunur.

II turda İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, ilk turdan sonra Çin, Hindistan, ABŞ, Rusiya və İngiltərə hərəyə 2 xalla ilk 5 pillədə qərarlaşıb. Sonrakı 5 pillədə isə Qazaxıstan, İran, Misir, İsveç və Azərbaycan qərarlaşıb.

Dünən kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.