“Roma” klubunun baş məşqçisi istefaya göndərildi –Məğlubiyyətə görə

7-03-2019, 22:34           
“Roma” klubunun baş məşqçisi istefaya göndərildi –Məğlubiyyətə görə
İtaliyanın “Roma” futbol klubu baş məşqçi Eusebio Di Françesko ilə yollarını ayırıb.

Bu qərar komandanın Portuqaliyada “Portu”ya 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra qəbul olunub.

Həmin məğlubiyyətdən sonra paytaxt təmsilçisi yarışla vidalaşıb, baş məşqçi isə mətbuat konfransına qatılmayıb. UEFA-nın 50 yaşlı mütəxəssisi cərimələyəcəyi bildirilir.

Qeyd edək ki, hazırda “Roma” İtaliya A Seriyasında 26 oyundan 44 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü yerdəki “İnter”dən 3 xal geri qalır.
report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.