“Çelsi” Avropa Liqasının 1/8 finalında “Dinamo”nun qapısından 3 cavabsız qol keçirdi

8-03-2019, 19:18           
“Çelsi” Avropa Liqasının 1/8 finalında “Dinamo”nun qapısından 3 cavabsız qol keçirdi
İngiltərənin “Çelsi” futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində öz meydanında Ukraynanın “Dinamo” komandasına qalib gəlib.

Trend-in məlumatına görə, matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 17-ci dəqiqədə açılıb, Pedro Rodriges fərqlənib. İkinci hissənin 65-ci dəqiqəsində Villian hesabda fərqi artırıb – 2:0. Oyunun sonuncu dəqiqəsində isə Odoi son qolu vurub.

Qeyd edək ki, bu oyunla paralel keçirilən “Napoli” ilə Avstiyanın “Zalzburq” klubları arasındakı oyun italyanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab oyunları martın 14-də keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.