“Mançester Yunayted” “Arsenal”a məğlub olub

11-03-2019, 07:41           
“Mançester Yunayted” “Arsenal”a məğlub olub
“Arsenal” İngiltərə Premyer Liqasının 30-cu turunun matçında “Mançester Yunayted” üzərində qələbə qazanıb. “Report” xəbər verir ki, Londonun “Emireyts” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri matçın 12-ci dəqiqəsində Qranit Cakın dəqiq zərbəsindən sonra, “Mançester Yunayted”in qapıçısının səhvindən yararlanaraq hesabda irəli çıxıblar. “Arsenal” ikinci hissənin 69-cu dəqiqəsində hakimin qonaqların qapısına penalti təyin etməsindən istifadə edərək üstünlüyü ikiqat artırıb. Per-Emerik Obameyanq 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.
“Mançester Yunayted” matç zamanı bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı qazansa da, qol imkanlarını qaçırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.