Azərbaycan idmançısı yeniyetmə ağır atletlər arasında dünya birinciliyində bürünc medal qazanıb

11-03-2019, 07:46           
Azərbaycan idmançısı yeniyetmə ağır atletlər arasında dünya birinciliyində bürünc medal qazanıb
ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Azərbaycan atleti birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Yarışdan sonra Rüstəm Qasımov federasiyanın saytına açıqlama verib: "Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla, milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimimizə, rəhbərliyə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib, həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qabağıma medal qazanmaq məqsədi qoymuşdum. Şükür ki, istəyinə nail ola bildim".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.