Futbol federasiyasına ŞOK CƏZA - 150 min dollar

12-03-2019, 00:00           
Futbol federasiyasına ŞOK CƏZA - 150 min dollar
Asiya Futbol Konfederasiyasının (AFC) İntizam Komitəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyasını 150 min dollar məbləğində cərimələyib.

Publika.az xəbər verir ki, buna BƏƏ yığması azarkeşlərinin Asiya Kubokunun yarımfinalında Qətər ilə matçdakı davranışları səbəb olub.

Abu-Dabidə baş tutmuş görüşdə BƏƏ fanatları Qətərin himni səslənən zaman təhqiramiz səslər çıxarıblar. Onlar həmçinin meydana yad əşyalar atıblar və stadionda iğtişaşa səbəb olublar. Matç zamanı azarkeşlərdən biri meydana tərəf qaçmağa başlayıb.

BƏƏ komandası bunlara görə Asiya Kubokunun seçmə mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, həmin görüşdə Qətər yığması 4:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Komanda finalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunun qalibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.