Ötən yay “Real”dan ayrılan Zinəddin Zidan dünən yenidən “Kral Klubu”nun baş məşqçisi təyin edildi.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssisin Madrid klubuna dönməyə razılıq verməsinin səbəbi açıqlanıb.
İspaniya mətbuatının iddiasına görə, “Real”ın prezidenti Floretino Peres Zidana 350 milyon avroluq transfer büdcəsi vəd edib. Mütəxəssis bundan sonra geri dönməyə razılaşıb.