ÇL: “Barselona” doğma meydanda “Lion”a dərs keçdi

14-03-2019, 06:57           
ÇL: “Barselona” doğma meydanda “Lion”a dərs keçdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Barselona” doğma meydanda “Lion”u qəbul edib. Trend-in məlumatına görə, matç 5:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

Oyunda hesabı 18-ci dəqiqədə Messi açıb. 31-ci dəqiqədə Koutinyo hesabı artırıb. 58-ci dəqiqədə Tusar qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Messi daha bir qol vurub. 81-ci dəqiqədə Pike də adını tabloya yazdırıb. Son nöqtəni isə Dembele qoyub.

Bununla da, “Barselona” növbəti mərhələyə keçib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.