“Real”dan inamlı qələbə, “Atletiko”dan məğlubiyyət

17-03-2019, 09:37           
“Real”dan inamlı qələbə, “Atletiko”dan məğlubiyyət
İspaniya La Liqasında 28-ci tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Real Sosyedad” doğma azarkeşləri önündə “Levante” ilə qollu bərabərə qalıb.

Baş məşqçi postuna Zinəddin Zidanı gətirən “Real” “Selta”nı qəbul edib. Madrid klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” “Atletik”lə münasibətlərinə aydınlıq gətirib. Madridlilər səfərdə 2 cavabsız qola üzülüblər.

“Hueska” evdə “Alaves”ə, “Leqanes” də “Jirona”ya məğlub olub.

Lider “Barselona” isə bu turda çətin “Betis” səfərinə yollanacaq.

İspaniya La Liqası, 28-ci tur

15 mart

00:00 Real Sosyedad – Levante 1:1
Qol: A. Yanuzay, 26 – B. Mayoral, 79.

16 mart

Hueska – Alaves 1:3
Qol: Avila, 14-pen – Kalyeri, 11-pen; 86. Qvidetti, 80.

Real – Selta 2:0
Qol: İsko, 62. Beyl, 77.

Atletik – Atletiko 2:0
Qol: Uilyams, 73. Kodro, 85.

Leqanes – Jirona 0:2
Qol: Portu, 13; 22.

17 mart

15:00 Eybar – Valyadolid
19:15 Espanyol – Sevilya
21:30 Valensiya – Xetafe
21:30 Vilyarreal – Rayo Valyekano
23:45 Betis – Barselona












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.