Avro-2020-nin seçmə mərhələsində I turun növbəti görüşləri keçirilib - VİDEO

23-03-2019, 07:44           
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində I turun növbəti görüşləri keçirilib.
Avro-2020-nin seçmə mərhələsində I turun növbəti görüşləri keçirilib - VİDEO
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 qarşılaşma oynanılıb.

Litva yığması martın 25-də Bakıda görüşəcəyi Azərbaycan yığması kimi hesabda önə çıxdığı halda, məğlubiyyətlə üzləşib - 2:1. Amma pribaltikalılar Xorvatiya kimi dünya vitse-çempionlarına yox, son zamanlar yüksəlişdə olan Lüksemburqa uduzublar.

B qrupunun digər oyununda son Avropa çempionu Portuqaliya evdə Ukraynanın müqavimətini qıra bilməyib - 0:0. Bu, qolsuz yekunlaşan yeganə qarşılaşma olub.

H qrupundakı Türkiyə millisi səfərdə Albaniya üzərində inamlı qələbə qazanıb - 2:0. Yeni baş məşqçi Şenol Günəşin debüt matçında qolları Burak Yılmaz və Hakan Çalhanoğlu vurub.

Qrupun digər oyunlarına gəldikdə, İslandiya da səfərdə Andorranı eyni hesabla yenib. Qonaq komandanın qapısını "Qarabağ"ın qolkiperi Hannes Halldorsson sonadək qoruyub.

"Səbail"in yarımmüdafiəçi Yevgeni Koçukun start heyətdə çıxış etdiyi görüşdə isə Moldova Kişinyovda Fransaya böyük hesabla uduzub - 1:4. Koçuk 46-cı dəqiqədə əvəzlənib.

Daha bir darmadağın A qrupunda qeydə alınıb. İngiltərə millisi evdə Çexiyanın qapısından 5 cavabsız top keçirib. Qollardan 3-nü Rahim Sterlinq vurub. Əvəzində Bolqarıstan yığması öz meydanında Monteneqroya məğlubiyyətdən son dəqiqələrdə penalti qolu ilə qurtulub. "Qarabağ"ın daha bir legioneri Simeon Slavçev bu görüşün 69-cu dəqiqəsindən meydanda olub.

AVRO-2020, seçmə mərhələ

I tur

A qrupu

21:00. Bolqarıstan – Monteneqro - 1:1

Qollar: Todor Nedelev, 82 (p.) - Stefan Muqoşa, 50

23:45. İngiltərə - Çexiya - 5:0

Qollar: Rahim Sterlinq, 24; 62; 68. Harri Keyn, 45+2 (pen.). Tomaş Kalas, 84

B qrupu

23:45. Lüksemburq – Litva - 2:1

Qollar: Leandro Barreyro Martins, 45. Gerson Rodriges, 55 - Fyodor Çernıx, 14


23:45. Portuqaliya – Ukrayna - 0:0

H qrupu

23:45. Albaniya – Türkiyə - 0:2

Qollar: Burak Yılmaz, 21. Hakan Çalkanoğlu, 55



23:45. Andorra – İslandiya - 0:2

Qollar: Birkir Byarnason, 22. Vidar Kyartansson, 80


23:45. Moldova – Fransa - 1:4

Qollar: Vladimir Ambros, 89 - Antuan Qrizmann, 24; Rafael Varan, 27. Olivye Jiru, 36. Kilian Mbappe, 87.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.