Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində l tura yekun vurulub - VİDEO

24-03-2019, 08:24           
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində l tura yekun vurulub - VİDEO
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində l tura yekun vurulub.

"Report" xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunub. Bunların yarısı meydan sahiblərinin 2:1 hesablı inamlı qələbələri ilə yekunlaşıb.

F qrupunda mübarizə aparan İspaniya evdə Norveçə qalib gəlib. Bu matçda qollardan 2-si penalti ilə vurulub. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer almış Malta və Farer adaları yığmaları AVRO-2020-nin seçmə mərhələ oyununda da üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. F qrupunun digər matçında İsveç Rumıniyanı eyni hesabla yenib. Hazırda Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması isə evdə Ermənistanı məğlub edib.

Daha 3 qarşılaşma 2:0 hesablı nəticə ilə əlamətdar olub. Günün ilk matçında Gürcüstan öz meydanında İsveçrəyə, son oyunlardan birində Lixtenşteyn evdə Yunanıstana, Finlandiya isə səfərdə İtaliyaya 2 cavabsız qolla uduzub.

Nəhayət, İrlandiya səfərdə Cəbəllütariqlə görüşdə minimal hesablı qələbə qazanıb.

AVRO-2020, seçmə mərhələ

I tur

D qrupu

18:00. Gürcüstan – İsveçrə - 0:2

Qollar: Stiven Tsuber, 56. Denis Zakaria, 80



21:00. Cəbəllütariq - İrlandiya - 0:1

Qol: Ceff Hendrik, 49

F qrupu

21:00. Malta – Farer adaları - 2:1

Qollar: Kirian Nvoko, 13. Stiv Borq, 77 (pen.) - Yakub Tomsen, 90+8

Dəqiq yerinə yetirilməyən penalti: Brandur Hendriksen, 64 (Farer adaları)

21:00. İsveç - Rumıniya - 2:1

Qollar: Robin Kyayson, 33. Viktor Klasson, 40 - Klaudiu Keşerü, 58

23:45. İspaniya - Norveç - 2:1

Qollar: Rodriqo, 16. Serxio Ramos, 71 (pen.) - Coşua Kinq, 65 (pen.)



J qrupu

23:45. Bosniya və Herseqovina – Ermənistan - 2:1

Qollar: Rade Kruniç, 33. Deni Miloşeviç, 80 - Henrix Mxitaryan, 90+3 (pen.)



23:45. İtaliya - Finlandiya - 2:0

Qol: Nikolo Barella, 7. Moyze Ken, 74



23:45. Lixtenşteyn - Yunanıstan - 0:2

Qollar: Kostas Fortunis, 45+1. Anastasios Donis, 80

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanac












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.