Azərbaycan yığması bu gün 2019-cu ildə ilk yoldaşlıq görüşünü keçirəcək

25-03-2019, 07:33           
Azərbaycan yığması bu gün 2019-cu ildə ilk yoldaşlıq görüşünü keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2019-cu ildə ilk yoldaşlıq görüşünə çıxacaq.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçiriləcək qarşılaşmada rəqib Litva yığması olacaq.

Təqvimə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində II turu buraxıb. İlk turda isə Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.

Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Əvvəllər isə bu komandalar 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək.

Yoldaşlıq görüşü (25 mart)

18:00. Azərbaycan - Litva

Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Kerey Alexandru (hamısı Rumıniya), Orxan Məmmədov (Azərbaycan)

"Bakcell Arena".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.