İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb, yaralanan var

14-04-2019, 17:22           
İsveçdə yarış avtomobili tamaşaçılara çırpılıb, yaralanan var
İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

“İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib”, – deyə Stokholm polisinin nümayəndəsi bildirib.
Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.