“Qalatasaray” “Fənərbağça” oyunu heç-heçə başa çatdı

14-04-2019, 23:02           
“Qalatasaray” “Fənərbağça” oyunu heç-heçə başa çatdı
Türkiyə Superliqasının XXVIII turunda İstanbul derbisi keçirilib. "Qalatasaray” səfərdə "Fənərbağça”nın qonağı olub.

BakuPost.az-ın məlumatına görə, "Şükrü Saracoğlu” stadionunda reallaşan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 44-cü dəqiqəsində "Fənərbağça”nın futbolçusu Hasan Ali Kaldırım qırmızı kart alaraq komandasını meydanda bir nəfər azlıqda qoyub. Qonağlar bundan istifadə edərək 66-cı dəqiqədə Henri Onyekurinin vurduğu qolla hesabı açıb.

Lakin meydan sahibləri 71-ci dəqiqədə Elif Elmas vurduğu qolla hesabı bərabərləşdiriblər. Oyun elə 1:1 hesab ilə bitib.

Günün digər qarşılaşmasında "Kayserispor” doğma meydanda "Ankaragücü”nə 0:2 hesabı ilə məğlub olub. "Antalyaspor” və "Kasımpaşa” görüşündə isə meydan sahibləri 1:0 hesabla qalib gəliblər. "Yeni Malatyaspor” isə "Alanyaspor”la heç-heçə ediblər 1:1.

Bu oyundan sonra "Qalatasaray” turnir cədvəlində 58 xalla 2-cü pillədə qərarlaşıb. "Fənərbağça” isə 32 xalla ondördüncüdür.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru