Alpaqut Turan Döyüş Sənəti üzrə Gəncəbasar Regional Açıq Birinciliyi keçilib - FOTOLAR

15-04-2019, 12:23           
Alpaqut Turan Döyüş Sənəti üzrə Gəncəbasar Regional Açıq Birinciliyi keçilib - FOTOLAR
Dünən Tovuz Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Alpaqut Federasiyasının Gəncəbasar Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksi Alpaqut Turan Döyüş Sənəti üzrə Gəncəbasar Regional Açıq Birinciliyi keçilib. Bu barədə Gundeminfo.az-a məlumatı AAF-ın regionların inkişafı üzrə vitse prezidenti ,,TEGİN" Rafiq Qasımov verib.

Yaraşıqlı Alpaqut Turan Döyüş Sənətinin üç sistemi ( Batur. Caymaz və Qurşaq ) sistemləri üzrə keçrilib. Yarışda Alpaqut Federasiyasının Tovuz , Qazax, Ağstafa, Laçın və Şəmkir filialının üç bölməsi olmaqla ümumilikdə yeddi komandadan 109 idmançı iştirak edib.

Batur sistemi üzrə komanda hesabında qaliblər müəyyənləşib. 1-ci yerin qalibi Şəmkir (Zəyəm Cırdaxan) bölməsi olub. 2-ci yerə Qazax, 3-cü yerə Laçın komandaları çıxıb.

Yarışmada Çaymaz sistemi üzrə 1-ci yerə Tovuz komandası layiq görülüb. 2-ci yerə Şəmkir (filialı), 3-cü yerə Ağstafa komandaları layiq görülüblər.


Qurşaq sistemi üzrə isə 1-ci yerə Qazax komandası layiq görülüb. 2-ci yerin qalibi Laçın,
3-cü yerin qalibi isə Şəmkir komandası olub.

İdmançılar Medal və diplomla, Komandalar isə Kuboklarla mükafatlandırılıblar. Mükafatlar Tovuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən yarış iştirakçılarına təqdim olunub.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.