QHT sədri Almaniyada şahmat üzrə birinci oldu – Foto

23-04-2019, 07:46           
QHT sədri Almaniyada şahmat üzrə birinci oldu – Foto
Demokratik Təhsisatlar və İnsan Hüquqları İctimai Birliyinin (DTİHİB) sədri, hazırda Almaniyada yaşayan Elçin Abdullayev Almaniyanın Boxum şəhərində şahmat üzrə keçirilən çempionatda ən yüksək xal yığaraq ilk pillədə qərarlaşıb. Bu barədə AzEuroNews.com-a E.Abdullayevin özü məlumat verib.

Onun sözlərinə görə, Almaniyanın Boxum və ətraf şəhərləri üzrə keçirilən çempionatda 7 bal toplayaraq 88 %-lik bir nəticə ilə ilk pillədə qərarlaşıb.

Uzun illər şahmatla məşul olduğunu lakin daha sonra bu idman növünə ara verdiyini deyən QHT sədri bildirib ki, Almaniyaya gələndən sonra yenidən şahmat oynamağa və yarışlara qatılmağa qərar verib: “Sonuncu dəfə Aşqabatda idman ustalığına namizəd olmuşam. 20 il olardı şahmatla məşğul olmurdum. Almaniyaya gələndən sonra yenidən şahmatla məşğul olmağa başladım. Buradakı klublardan da dəvət aldım. Hazırda 3-cü qrupdayam. Ehtimal var ki, növbəti 2-3 ilə ikinci Bundesliqada oynayım”.


Alman cəmiyyətində şahmatçıların intellektual kəsim kimi qəbul edildiyini deyən E.Abdullayev bu idman növü ilə məşğul olmağın üstünüyündən də danışıb: “Azərbaycanda çox güclü şahmat ustaları var. Gələcəkdə Almaniyada Azərbaycan şahmat məktəbi açıb azərbaycanlıları bura cəlb etmək olar. Alman cəmiyyətində bizi intellekutal kəsimin təmsil etməsindən yanayam“.

Məlumat üçün bildirək ki, E.Abdullayev 124 ən güclü şahmatçı arasında yüksək nəticə göstərərək birinci yerin sahibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.